Ancelina Coli ilə Bred Pitt boşandıqdan sonra münasibətlərini bərpa etmək qərarına gəlib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, cütlüyə yaxın olan mənbə bu barədə mətbuata məlumat ötürüb. Mənbənin məluatına görə, onlar bu addımı uşaqlar üşün atıb6

"Onlar altı uşağın tərbiyəsi ilə məşğul olmaq üçün fikir ayrılığına son qoymağı qərara alıblar. Uşaqlar həftənin bir neçə günü ataları ilə görüşürlər. Cütlüyün bir-birilə münasibətləri yaxşıdır. Hər ikisi birgə hərəkət etməli olduqlarını anlayıblar" deyə, mənbə bildirib.

Qeyd edək ki, cütlük 2019-cu ilin aprelində boşanıb. Boşanan cütlük haqqında bir sıra iddialar orta atılmışdı. Bred Pittin Anceline Coliyə xəyanət etməsi, uçaqlarla kobud rəftarı iddia edilirdi.