Qar uçqunu altında qalaraq itkin düşən Türkiyənin “Anadolu” agentliyinin əməkdaşı Abdülkadir Nişancının cəsədi tapılıb.
Unikal.org xəbər verir ki, cəsəd Trabzonun Çaykara rayonun ərazisində yerləşən “Drəbaşı HES” gölməkçəsində tapılıb.
Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da qar uçqunu altında qalmışdı. Onun axtarışında iştirak edən iki əsgər isə boğularaq ölüb.