Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkar Partiyasının lideri vəzifəsindən ayrılacağını açıqlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, T.Meyi belə bəyanat verməyə partiyadaşları, o cümlədən onun "Brexit" üzrə Avropa İttifaqı ilə yeni saziş təklifindən narazı qalan Nazirlər Kabineti üzvləri məcbur ediblər.
Bu isə o deməkdir ki, o, ölkənin baş naziri vəzifəsini də tərk etməlidir. Ancaq iyunun 7-də istefa verməsi ona iyun ayının əvvəlində Londona rəsmi səfər edəcək ABŞ Prezidenti Donald Trampı qəbul etməyə imkan verəcək.