Türk müğənnisi və aktrisası Hülya Avşarın qızı Zəhra Çilingiroğlu yeni avtomobili ilə görüntülənib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun yaxın çevrəsi Zəhranın yaxşı sürücü olmadığını və avtomobili sanki "oyuncaq" olaraq gördüyünü və tez-tez qəza etdiyini deyib. 850 min lirəlik avtomobildə çoxsaylı sıyrıqlar olması da bunun bir sübutudur.
O, müxbirlərin maşını kimin hədiyyə etməsi ilə bağlı sualını da cavabsız qoyub.