Belçika polisinin amansızlığı hər kəsin sərt reaksiyasına səbəb olub. Hadisə Belçikanın Brüssel bölgəsinin Sint-Jans Molenbeek şəhərində olub.

Belə ki, polis əlinə qandal vurulan 19 yaşlı şübhəlini şübhəlini amansızcasına döyüb. Polis əvvəlcə ayağı ilə yer uzanmış gəncin başına zərbələr endirib, daha sonra yumruqlamağa başlayıb.

Unikal.org xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra ciddi etiraza səbəb olub.

Rəsmilər görüntülərlə bağlı araşdırmalar başlandığını bəyan ediblər. Video sayəsində polisin şəxsiyyəti müəyyən edilib və o, həbs olunub. Ancaq hərəkətinə görə üzr istədikdən sonra azad olunub.

Bununla belə, araşdırma davam edir və polis 2 il müddətinə həbs oluna bilər.