Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Unikal.org ona.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə polis polkovniki Ədalət Sadıqov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Ə. Sadıqov Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə 2011-ci ilin noyabrında təyin olunub.