Əli Ərdaşir Laricani yenidən İran parlamentinin spikeri seçilib.
Unikal.org xəbər verir ki, parlamentin bu gün keçirilən açıq sessiyasında iştirak edən 274 deputatdan 155-i onun sədrliyinin lehinə səs verib. Məhəmməd Rza Arif 105, Məhəmməd Cavad Əbtəhi isə 9 səs toplayıb.
Qeyd edək ki, Əli Ərdaşir Laricani 2008-ci ildən İran parlamentinin sədridir. O, İranın ali dini lideri Ayətulla Xameneyinin Milli Təhlükəsizlik üzrə İran Ali Şurasındakı nümayəndəsi, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh şəxs olub.