Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu mayın 26-sı gündüzdən 27-si səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.
Bürodan Unikal.org-a verilən məlumata görə, mayın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olub, ayrı-ayrı yerlərdə dolu düşüb, güclü qərb küləyi əsib.
Bölgələr üzrə ən çox düşən yağıntının miqdarı:
Düşən yağıntının miqdarı Böyük Qafqazda: Sarıbaşda (Qax) 19, İsmayıllıda 11, Qubada 8, Kişçayda (Şəki) 7, Zaqatalada 5, Xınalıqda 4, Balakən, Qəbələ, Şəkidə 2, Şahdağ, Şamaxı, Mərəzə, Xaçmaz, Qusar, Xaltanda1 mm-dək;
Qazax-Gəncə zonasında: Naftalanda 14, Ağdamda 5, Şəmkirdə 3.0 mm;
Mərkəzi-Aran rayonlarında: Göyçayda 8, Bərdə, Cəfərxanda 4, Mingəçevir, Yevlaxda 3, Kürdəmirdə 2, Tərtər, Zərdab, Sabirabad, Salyan, Qazıməmməddə 1.0 mm-dək;
Kiçik Qafqazda - Toğana Çaykənd HMM-da 24, Gədəbəydə 16, Daşkəsəndə 2, Göygöldə 0.1 mm, eləcə də Lənkəran-Astara zonasında - Lerikdə 5, Biləsuvar, Neftçala, Yardımlı, Lənkəranda 0.4-1.0 mm, bundan başqa, Naxçıvan MR-da - Ağdərədə (Ordubad) 4, Şahbuzda 2, Naxçıvanda 1, Şərurda 0.5 mm, Bakıda və Abşeron yarımadasında isə - Sumqayıt, Bakıda 3, Maştağa, Binə, Zabrat, Pirallahıda 1.0 mm-dək qeydə alınıb.
Dolu yağması da qeydə alınıb. Belə ki, mayın 26-da saat 13:05-13:09 radələrində Naftalanda diametri 11 mm, saat 22:17-22:34 radələrində Şəki rayonu Kiş kəndində 10-12 mm, Samux rayonunda saat 19:55-19:58 radələrində 13 mm, Qazax rayon Dağ Kəsəməndə saat 19:07-19:12 radələrində 11 mm, Gədəbəydə saat 15:58-16:07 radələrində diametri 11-13 mm, Ağstafa rayonun bəzi kəndlərinə saat 18:10-18:14 radələrində diametri 10 mm olan dolu düşüb.
Həmçinin küləkli hava müşahidə olunub. Qərb küləyi Tərtər, Mingəçevir, Gəncədə 28, Şəmkir, Daşkəsəndə 23, Ağstafa, Ceyrançöldə 22, Quba, Naftalanda 20, Sabirabadda 17, Tovuzda 16, Gədəbəydə 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 17-22 m/s-dək güclənib.