Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində “Taliban” silahlılarının hücumu nəticəsində azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.
Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən məlumat verilib.
Bildirilib ki, “Taliban” mayın 27-də gecə saatlarında Paktiya əyalətində nəzarət-keçid məntəqəsinə hücum edib. Nəticədə azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.
Bundan başqa, Əfqanıstan baş nazirinin müşaviri Nur Məhəmməd Arab Kunduz şəhərində naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb.
Hadisə nəticəsində onun mühafizəçilərindən biri də yaralanıb.