Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsi iqtisadiyyat kafedrasının təşkilatçılığı və “startup” layihələrinin ilkin müəlliflərindən və yaradıcılarından - “Technote” MMC-nin təşəbbüsü ilə ali tahsil müəssisəsində “Azərbaycanda stratup bazarı və onun müasir vəziyyəti” mövzusunda tədbir keçirildi.
Unikal.org xəbər verir ki, tədbirdə innovativ inkişafın (o cümlədən startup fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyatı üzrə mövcud vəziyyətlə bağlı geniş disskusiya xarakterli debat aparıldı. “Techcrunch” kimi nəhəng firmaların texnologiya, biznes, sahibkarlıq və rəqəmsal ekosistemlərdə aparılan əməliyyatlardan danışıldı.
Qlobal bazarda baş verən ən son xəbərləri “Braking News” olaraq əldə edə bilmək imkanları təhlil edildi. Mütəxəssislər tərəfindən innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının öyrədilməsi və təbliği, o cümlədən son 5 ildə Azərbaycanda “startup” bazarının mövcud və müasir vəziyyəti, “startup” layihələrinə cəlb edilən investisiyalar və investorlar barədə təhlillərin aparılması istiqamətində dəyərli fikirlər səsləndirildi.
Eyni zamanda elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsi ilə bağlı istiqamətlərə aydınlıq gətirildi. “Azərbaycanda stratup bazarı və onun müasir vəziyyəti”mövzusunda keçirilən tədbirdə ATMU-nun biznes idarəçiliyi fakültəsinin müvafiq ixtisas üzrə təhsil alan tələbələri iştirak ediblər.