Ukraynanın Odessa bölgəsində Cənub islah koloniyasından 15 məhbus qaçıb.

Unikal.org xəbər verir ki, məhbuslar həbsxanada yanğın baş verəndən sonra qaçıblar.

Hazırda islah müəssisəsinin ətrafında təcili tibbi yardım, polis və xüsusi təyinatlılar cəmləşdirilib. 

Odessa əyaləti milli polisinin müşaviri bildirib ki, 500-ə yaxın məhbus koloniyada qiyam qaldıraraq barrikada qurub.