Türkiyənin Adıyaman vilayətində 38 yaşlı Turan Cingöz adlı çoban təsadüfən tarixi tapıntını üzə çıxarıb.
Unikal.org xəbər verir ki, o, heyvan otaran zamanı qəribə görünüşə malik qalıqlar tapıb. Tapıntının tarixindən xəbərsiz olan çoban, onların fotolarını sosial şəbəkədə paylaşıb.
Fotolar tarixçilərin diqqətini cəlb edib. Araşdırmalar aparan tarixçilər, tapıntının 85 milyon il əvvələ aid olduğu qənaətinə gəlib. Məlum olub ki, qalıqlar dəniz kirpilərinə aiddir. Tapıntılar muzeyə təqdim edilib. Araşdırmalar davam edir.