"Mən tək bir şərtlə CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlu ilə canlı yayında debata çıxa bilərəm".
Unikal.org xəbər verir ki, bu sözləri AK Partiya İstanbul Böyükşəhər Bələdiyyə başçısına namizəd Binali Yıldırım "Fox Tv"-də açıqlamasında bildirib. Əgər İmamoğlu mənimlə təkcə İstanbulla bağlı müzakirə aparacaqsa onunla canlı yayında müzakirəyə çıxa bilərəm. İstanbuldan başqa heç bir şey haqqında danışa bilməyəcəm. İstanbula ədalətsiz olmaq istəmirəm. İstanbuldan ancaq İstanbula namizədlər danışmalıdır".