Ağdam rayon Məhkəməsi tərəfindən dünən barəsində 10 sutkalıq həbs qərarı çıxarılan jurnalist Səxavət Məmməd bir qədər əvvəl azadlığa buraxılıb.
Unikal.org xəbər verir ki, Səxavət Məmmədin apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsi jurnalistin azadlığa buraxılması haqda qərar çıxarıb.
Hazırda müvafiq sənədləşmə işləri aparılır.