Ümumdünya Poçt İttifaqı (ÜPİ) 48 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirir.
Unikal.org xəbər verir ki, ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi artıq yekunlaşaraq qalibləri müəyyən olunub.
Müsabiqədə iştirak üçün 20 min 722 inşa yazılsada,ümumilikdə 20 nəfər qalib seçilib.
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ”Azərpoçt ”MMC və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Hər mövzu üzrə 1 qalib olmaqla 1-ci yer üzrə 2 nəfərin hər birinə 200 manat, hər mövzu üzrə 2 qalib olmaqla 2-ci yer üzrə 4 nəfərin hər birinə 150 manat, hər mövzu üzrə 3 qalib olmaqla 3-cü yer üzrə 6 nəfərin hər birinə 100 manat və hər mövzu üzrə 4 qalib olmaqla, həvəsləndirici yerlər üzrə 8 nəfərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və hədiyyələr təqdim olunub.
Mərasimdən öncə isə şagirdlər, onların valideynləri və müəllimləri “Azərpoçt” MMC-nın mərkəzi binasında və “Şəbəkə” xidmət mərkəzində ekskursiyada olublar.