Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşvinin vətəndaşlığını bərpa edib.
Unikal.org xəbər verir ki, prezidentin saytının yaydığı məlumata görə, Zelenski bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, 2017-ci ildə Odessa Vilayət Administrasiyasının sabiq rəhbəri Mixail Saakaşvilinin vətəndaşlığı ləğv edilib. Saakaşvilinin mayın 29-da Ukraynaya qayıdacağı gözlənilir.