Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk onu sərxoş adlandıran tamaşaçıları təhqir edib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə deputat telekanalda canlı yayımda olarkən baş verib. Tamaşaçılardan biri studiyaya zəng edərək bildirib ki, Mosiyçuk sərxoşdur. 

Millət vəkili izləyiciyə cavabında deyib ki, insanlar onun görünüşünü istədikləri kimi qiymətləndirə bilərlər. 

Bundan sonra ikinci tamaşaçı zəng vuraraq təklif edib ki, deputata sakitləşmək üçün bir butulka araq və ya bir stəkan pivə versinlər. Bundan əsəbiləşən deputat tamaşaçları təhqir edib. 

“Bu eybəcərlər axmaq, gic kimi sözlər deyirlər. Tanrı, onlara anlayış ver”.

Daha sonra millət vəkili "Facebook" hesabında canlı yayımda yaşananları şərh edib. Bildirib ki, onun efirdə süst qalması alkoqolla bağlı olmayıb, səhhəti pisləşib: “Bütün bunlar narkoz altında yaranın yandırılması və qastroskopiya edilməsinə görə baş verib”.