"Ford" Rusiyada 14,5 mindən çox avtomobili geri çağırıb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, geri çağırılma Rusiyada 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinədək satılmış "Explorer" modelinə şamil olunur.
Məlumatda qeyd olunur ki, qərar arxa təkərlərin nizamlanma rıçaqında aşkar olunan qüsurlarla əlaqədardır.
Bu qüsurun avtomobilin qəza riskinin artmasına səbəb ola biləcəyi deyilir.
Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.