Yüngül mühərrikli təyyarə Nyu-Cersi ştatının sahilində Keyp-Mey burnu ərazisində okeana düşüb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABC teleşirkəti ABŞ-ın sahil mühafizəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
Hadisə yerinə sahil mühafizəsinin iki kateri və xilasedici helikopter yaxınlaşıb. Həlak olanlar və qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.