2019-cu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 6 milyard 357,1 milyon manat olub.
Unikal.org-un məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2 milyard 812,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 3 milyard 545,1 milyon manata bərabər olub.
İstehlak məhsullarının 27,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.