“Bu günə qədər Azərbaycanda sahibkarlara 13 milyon manata yaxın ixrac təşviqi ödənilib”.
Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "AzərTAc"a müsahibəsində bildirib.
Bundan başqa, onun sözlərinə görə, kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminin tətbiq olunması ölkədə istehsal olunan qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasında mühüm rol oynayır:
Nazir həmçinin əlavə edib ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası, o cümlədən bu ilin əvvəlindən 4 xarici ölkəyə (Çin, Polşa, Latviya, Qətər) 5 ixrac missiyası həyata keçirilib: “Azərbaycan məhsulları indiyədək 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər əldə edilir, müqavilələr imzalanır".