Avstriyanın Federal Prezidenti Aleksandr Van der Bellen Konstitusiya Məhkəməsinin sədri Brigitte Birlyaynı müvəqqəti kansler təyin edib.
Unikal.org-un məlumatına görə, ölkə tarixinin ilk qadın kansleri olan B.Birlyayn sentyabr ayında keçiriləcək növbədənkənar seçkilərə qədər hökumətə rəhbərlik edəcək.
O, bu vəzifədə Sebastyan Kurtsu əvəz edəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Aleksandr Van der Bellen S.Kurtsun hökumətini parlamentin çıxardığı etimadsızlıq qərarından sonra istefaya göndərib.