Alüminium istehsalçısı məşhur "Tatprof" şirkət, mini ətək geyinən işçilərinin maaşında artım edilib. Sözügedən şirkət 30 İyuna qədər "Feminizim marafonu" adlı kampaniyaya başladıqlarını açıqlayıb. 

Unikal.org Rusiya mətbuatlna istinadən xəbər verir ki, kampaniya çərçivəsində dizlərinin üstündən 5 sm. və ya daha qısa ətək, paltar geyinən işçilərə hər saat üçün 100 rubl (3 manat) əlavə maaş ödəniləcək.  

Qadınların bu mükafatı alması üçün qısa ətək geydikləri zaman çəkilmiş foto çəkilməli və şirkət rəhbərliyinə göndərməlidirlər. Şirkət hazırda 60 qadının kampaniyaya qatıldığını bildirib. 

Rəhbərliyiun bu addımı ciddi reaksiyaya səbəb olub. Rusiyadakı sosial şəbəkə istifadəçiləri bu hərəkətlə orada işləyən qadınlara qarşı pis rəftar olduğunu yazıb və şirkətə etiraz ediblər.

2014 Soçi Qış Olimpiya Oyunlarının və 2018 Dünya Kubokunun təchizatçıları sırasında yer alan şirkət isə cinsi ayrıseçkilik və qadınlara qarşı əxlaqsızlıq tənqidlərini rədd edib.  "Govorit Moskva" radiosuna açıqlama verən şirkəin sözcülərindən biri "Günümüzə sevinc qatmaq istədik" deyib və bu sözləri əlavə edib: 
"Komandamızın 70 faizi kişilərdən ibarətdir. Bu cür kampaniyalar stress atmamızı, gündəlik yığdığımız əsəblərdən uzaq qalmamızı təmin edir. Bu komandanı birləşdirmək üçün yaxşı bir yoldur. 

Bir çox qadın işə gələrkən şalvar geyinir, biz də buna görə xanımlarımızın özünə inamı artırmaq üçün etmişik. Biz onlara ətək və ya paltar geyməyi seçim edərək qadın ruhunu və cazibədarlıqlarını hiss etmələrini təmin etdik".