Norveçdə qalmaq, yaşamaq səviyyəsi yüksək olan həbsxana yaradılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, təhlükəli cinayyətlər törətmiş şəxslər Halden həbsxanasında saxlanılır. Sözügedən həbsxanada hər məhkumun cəmiyyətə qazandırılması üçün mükəmməl bir şərait yaradılıb.
Onlar belə bir şəraitdə reabilitasiya təlimləri keçir. 2010-cu ildə Norveçdə yaradılan təhlükəli cinayətlər törətmiş şəxslərin saxlanıldığı Halden Həbsxanasında məhkumlarla münasibət yüksək qiymətləndirilir və ən yüksək təhlükəsizlik qaydalarıyla təmin edilir.
Halden həbsxanası, ABŞ-dakı və dünyadakı həbsxanalarla müqayisədə utopiyadır.
Həmin həbsxanada hər məhkumun özəl otağı var. Gümüş çəngəl, bıçaqlayemək yeyirlər. Həmin həbsxanada internet əlaqəsi, televizor və vaxtında vanna qəbul etmələri üçün hamam otaqları var. Bildirilir ki, bura 5 ulduzlu otel qədər yüksək səviyyədədir.
Həbsxana içində adı "ədalət" olan mağaza mövcuddur. Məhkumlar buradan istədikləri hər şeyi, təzə meyvə və tərəvəzləri ala bilərlər.
Təhlükəsizlik işçiləri də yeməklərini son dərəcə təmiz və lüks bir yemekxanada yeyirlər. Gətta orada idman zalalrı və qurğuları da var.