Ukrayna prezidenti Vladimir Zelenski eks-prezident Petro Poroşenkonun tərəfdarlarının Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibindən azad edilməsi barədə fərman imzalayıb.
Unikal.org xəbər verir ki, Poroşenko administrasiyasının keşmiş rəhbəri İqor Raynin, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş baş katibi Aleksandr Turçinov, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəhbəri Viktor Mujenko və informasiya siyasəti naziri Yuri Stesi işdən azad edilib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasına Zelenski özü rəhbərlik edəcək.