Rəqqasə Renka ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində başına gələn qorxunc hadisədən danışıb.
Unikal.org xəbər verir ki, Renka taksi sürücüsünün tıxacda bacısı ilə onu təhqir edərək bıçaqla hədə-qorxu gəlməsindən danışıb:
“Yolda taksi sürücüsü ilə əlbəyaxa olduq. Məni vurdu. Daha sonra bacıma hücum çəkdi. Mən onun maşınına gəlib sənədlərini axtarmağa başladım. Bıçaqla mənə hücum etdi. Biz onu orada qoyub qaçdıq. Bir neçə saat sonra polisdən zəng gəldi ki, guya biz bu adamı döymüşük. Sonra açıb videonu izlədilər. Gördülər ki, yalan danışır. Sonda bizdən üzr istədi”.