Türkiyənin sahil polisi Yunanıstana qaçmaq istəyən FETÖ/PDY üzvü olmaqda şübhəli bilinənən 17 nəfəri saxlayıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, polis Fəthullahçı Terror Təşkilatı (FETÖ) və PDY-yə üzvü olmaqda şübhəli bilinən 23 nəfər (6-sı azyaşlı olmaqla) Balıkəsirdən qayıq vasitəsilə qeyri-qanuni yollarla Yunanıstanın Midili adasına qaçmaq istəyərkən saxlayıb. Ümumilikdə 23 nəfər qayıqda Türkiyənin Çılpaq Ada sahillərində saxlanılıb.
Polisin açıqlamasına görə, artıq sözügedən 17 şəxsin türkiyənin milli təhlükəsizlik, təhsil, TSK, səhiyyə orqanlarında çalışdıqları təsdiq olunub.