Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində yerləşən “Kristal” zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 89 nəfərə çatıb.
Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yaralılardan 44-ü zavodun işçisi, 45 nəfəri isə şəhər sakinidir.
Məlumata görə, partlayış zamanı zavodun 3 anbarı və 2 istehsalat binası tamamilə dağılıb, onlarla çoxmərtəbəli yaşayış binasına, sosial obyektə ziyan dəyib.
Partlayışın texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.