Dünyanın nəhəng avtomobil istehsalçılarından biri olan "Mercedes-Benz" şirkəti Çinə satdığı 44 min 900 avtomobili geri çağırıb.
Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, geri çağrılan avtomobilləri təkərlərində ciddi qüsur aşkarlanıb.
Məlumatda bildirilir ki, aşkarlanan qüsur 2016-cı il aprelin 20-dən 2019-cu ilədək Çinə gətirilən avtomobillərdə müşahidə olunub.
"Mercedes-Benz" şirkəti avtomobilin qüsurlu hissələrini pulsuz olaraq əvəz edəcəyini açıqlayıb.