Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişili bəzi ekspertlərin Azərbaycanda əməkhaqqının aşağı olması və bir sıra məhsulların bahalığı ilə bağlı iddialara cavab verib.
Unikal.org xəbər verir ki, millət vəkili Azərbaycan, Gürcüstan və Ermənistanın statistik göstəricilərini müqayisə edib:
“Bəzi "iqtisadçılar" sosial şəbəkələrdə Azərbaycan, Gürcüstan və Ermənistanda orta aylıq əmək haqqlarını dollar ifadəsində müqayisə edərək populist çıxışlar edirlər. Amma müasir iqtisadi yanaşmalarda real əmək haqqını müəyyən etmək üçün bir çox metodlardan istifadə olunur, bir çox amillər nəzərə alınır və alıcılıq qabiliyyəti, faydalılıq əmsalı tətbiq edilir. Müqayisə üçün https://3pulse.com/en/geo/ saytı Azərbaycan, Gürcüstan və Ermənistan üzrə bəzi məhsul və xidmətlərin orta qiymətlərinin müqayisəli hesabını aparıb. Cədvəldən də göründüyü kimi, digər 2 Qafqaz respublikası ilə müqayisədə Azərbaycanda əksər məhsul və xidmətlərin qiymətləri daha ucuzdur. Yəni, məsələn, dollar ifadəsində eyni əmək haqqında Azərbaycanda daha çox mal və xidmət almaq mümkündür. İstənilən halda, əmək haqqının daha yüksək olmasına çalışmaq lazım”.
Daha detallı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.