Rusiyadan İstanbula bir günlük gələn Rus turist Sergey Daskevşiqin düzəltdiyi müxtəlif ölçülü velosipedləri Taksim Meydanında sərgiləyib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Taksim Meydanında sərgilədiyi 25, 19, 11.5, 9.5 və 8.5 santimetr uzunluğundakı velosipedlər böyük marağa səbəb olub. O düzəltdiyi velosipedləri sürərək nümayiş etdirib. Bəzi vətəndaşlar və turistlər həmin velosipedlərə minib sürməyə çalışıbar, ancaq bacarmayıblar.
Ayda bir dənə velosiped düzəldən Sergey Daskevşiq mütəlif ölçülü velosipedləri təxminən min avroya (təxm: 2000 manat) satdığını deyib.
Dünyanın müxtəlif ölkələrinə səyahət edən Sergey Daskevşiq velosipedlərini sərgiləyir. Taksim meydanında 8.5 sm-lik velosipedləri görən normal velosipedli vətəndaşlar Rus turistə yarışmaq təkilf edib. Rus turist 8.5 sm-lik velosipedlə yarışın qalibi olub.
Həmin görüntülri mobil telefonla lentə alıb.