Fatih Aksarayda baş verən silahlı hücum nəticəsində avtomobilinə atəş açılan Valyuta Mübadilə Məntəqəsinin sahibi ayağından yaralanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Turgut Özal Millət Küçəsində dünən axşam saatlarında meydana gəlib. Valyuta Mübadilə Məntəqəsinin sahibi Bilal.Ö lüks avtomobiliylə küçədəki mağazaların birinə gəlib. Bu zaman kimliyi məlum olmayan bir şəxsin silahlı hücumuna məruz qalıb.
Silahlı hücum edən şəxs Bilal.Ö-nün avtomobilinə üzərində daşıdığı tapança ilə atəş açıb. Yüngül şəkildə yaralanan Bilal.Ö hücum çəkən şəxsə üzərindəki silahla qarşılıq verib və qaçaraq yaxınlıqdakı binalardan birində gizlənib.
Silah səslərini eşidən vətəndaşlar hadisəylə bağlı polisə məlumat verib. Hadisə yerinə gələn təcili yardımla xəstəxanaya aparılan Bilal Ö.nün səhətinin yaxşı olduğu bildirilib. Hadisə yerində araşdırma aparan polis əməkdaşları avtomobilə 25 əl atəş açıldığını və 6-sını hədəfə dəydiyini qeyd ediblər.
Olayla bağlı istintaq araşdırmaları başladılıb.
Yaxınlıqdakı şirkətlərdən birinin təhlükəsizlik kameralarında əks ounan görüntülərdə Bilal Ö-nün qaçıb binaya gizlənməsi əks olunub.