İsrail prezidenti Reuven Rivlinin həyat yoldaşı Nexama Rivlin 74 yaşında vəfat edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu “Twitter” səhifəsində bildirib.
2017-ci ildə təqaüdə çıxan Nexama Rivlin ağciyərin firbozu xəstəliyindən əziyyət çəkirmiş. Ağciyərin köçürülməsinin iki il gözləyib.
Bildirilib ki, Nexama Rivlin 1945-ci il iyunun 5-də Ukraynanın Xerut qəsəbəsində anadan olub. 1964-cü ildə Yəhudi Universitetinə daxil olaraq botanika və genetika sahələrini öyrənib. 1970-ci ildə Reuvenlə Nixama tanış olub, bir il sonra ailə qurublar. Cütlüyün Ran, Anat və Rivi adlı üç övladı var.