Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarına hücum edənlərin cəzalandırılacağını bildirib.
Unikal.org “Report”a istinadən xəbər verir ki, o, iyunun 5-də jurnalistlərə açıqlamasında ölkədə zorakılığı təbliğ edənlərin cinayət məsuliyyətinə cəlb olunacaqlarını deyib.
“Saxta milli dəyərlərə görə 20 il ölkəni talan edən qüvvələr tərəfindən bir nəfərin döyülməsi yolverilməzdir”, - Nikol Paşinyan qeyd edib.
Bildirilib ki, ictimai fəal Vardan Arutyunyan iyunun 3-də “Facebook” səhifəsində sabiq prezident Robert Koçaryanın tərəfdarları və daşnakçılar tərəfindən ikinci dəfə hücuma məruz qalması ilə bağlı məlumatı və məruz qaldığı fiziki təzyiqin izlərini əks etdirən fotosunu paylaşıb. Daşnaksütyun Partiyasının təmsilçisi Qeqam Manukyan V.Arutyunyanın döyülməsi faktını təsdiqləyib: “Arutyunyan mənim partiyadaşımı təhqir etdiyi üçün döyülüb”.