Ukraynanın Xalq artisti Ani Lorakın həyatında əri ilə boşandıqdan sonra daha bir ayrılıq yaşanıb.

Unikal.org xəbər verir ki, müğənni bu dəfə bütün komandasını işdən çıxardıb. Ani ilk olaraq konsertlərini təşkil edən direktor Mixayıl Uspenski, onun arvadı və ifaçının piar işlərini aparan Yekaterina ilə vidalaşıb. Daha sonra isə Loraq köməkçisini işdən çıxarıb.

Müğənni artıq onlara etibar etmədiyini, işlərini yaxşı yerinə yetirmədiklərini bildirib. Konsertlərdən gələn gəlir və tədbir sayı Lorakı qane etməyib. 40 yaşlı müğənni həm də maddi sıxıntı içərisindədir.

Hazırda ABŞ-da olan Lorak yeni həyata başlamağa hazırlaşır.