"Elə adamlar var şəkillərin çıxmışdı. Onlardan Emilnən şəkillərin yayılmışdı. Varmı ki, elə addımların, o addımlara görə çox peşmansan?"
Unikal.org xəbər verir ki, bu sualla Tarix Əliyev aparıcılığını etdiyi "Tolik ilə səmimi" proqramında Səidə Sultana müraciət edib.
Səidə vaxtı ilə çəkilmiş açıq-saçıq kadrlarına görə peşimançılığını etiraf edib:
"Atam rəhmətə gedəndən sonra o sərbəstlik yarandı məndə. O sərbəstliyin içində buraxdığım səhvlər oldu. O səhvlərlə hansısa lazımsız adamın ağzına söz atdım".