Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankini qətlə yetirməkdə ittiham edilən Sergey Xocayan həbs edilib.

Bu barədə Unikal.org TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Moskva vilayəti Krasnoqorsk şəhər Məhkəməsi onun barəsində iki aylıq həbs qəti imkan tədbiri seçib. Sergey Xocayan avqustun 2-dək həbsdə qalacaq.

"RİA Novosti" isə qətli törətməkdə şübhəli bilinən Sergey Xocayanın cinayət əməlini etiraf etmədiyini xəbər verib. Ksarnoqrosk şəhər Məhkəməsinin müstəntiqi bildirib ki, o, cinayət əməlini boynuna almayıb.

Qeyd edilir ki, 41 yaşlı erməni işsiz olduğunu iddia edib.