İranın Şəhid Rəcayi limanında neft məhsulları anbarında baş vermiş yanğında bir nəfər ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin Hörmüzqan əyaləti üzrə nümayəndəliyi bildirib. Yanğında ölən şəxs limanın mühafizə briqadasının əməkdaşıdır.

Qeyd edək ki, bu gün İranın Hörmüzqan əyalətində yerləşən Şəhid Rəcayi adına limanda neft məhsulları anbarında güclü yanğın baş verib. Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Bəndər Abbas liman şəhərindən də əlavə yanğınsöndürənlər hadisə yerinə göndərilib.

Yanğın zamanı, həmçinin bir neçə partlayışın baş verdiyi bildirilir.