İyunun 4-dən 5-dək Azərbaycanın regionlarından paytaxta 14 min 908 sərnişin daşınıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Unikal.org-a bildirilib ki, regionlardan paytaxta sərnişin axını Ramazan bayramının ilk günlərində Bakıdan bölgələrə axınla müqayisədə nisbətən az olsa da, gücləndirilmiş iş rejimi tam qaydada 56 avtovağzal və avtostansiyada davam edir.
DANX-ın qaynar xətti və regional avtovağzallardakı məlumat büroları daxil ola biləcək bütün müraciətlər və şikayətləri qəbul etmək üçün bayram günlərində də iş başında olacaq. Bayramın son günü regionlardan paytaxta səfər edəcək sərnişinlərin daha çox olacağını nəzərə alaraq sərnişinlərin yarana biləcək suallarını cavablandırmaq üçün DANX-ın bir qrup aidiyyəti şöbə üzrə səlahiyyətli nümayəndələri axının çox olacağı region avtovağzallarına ezam olunacaq.