İranın təhsil naziri Məhəmməd Bəthayi istefa verib.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb. 

Məlumata görə görə, təhsil naziri Məhəmməd Bəthayi ötən gün Nazirlər Kabinetinin iclasından sonra istefa məktubunu İran prezidenti Həsən Ruhaniyə təqdim edib.

Məlumatlı rəsmi qeyd edib ki, nazir şəxsi səbəblərə görə istefa verib və prezidentin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdı. Nazirin bu açıqlaması Azərbaycan türklərinin, eləcə də bəzi  deputatların geniş etirazına səbəb olmuşdu.

Xatırladaq  ki, fevralda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa versə də, H.Ruhani onun istefasını qəbul etməyib.