Aparıcı Lalə Azərtaş Ramazan bayramında Türkiyəyə yollanıb.
Unikal.org xəbər verir ki, o, İstanbulda əmisini ziyarət edib və oranın adətlərinə əməl edərək, böyüyünün əlini öpüb.
“Mənim üçün ən gözəl bayram İstanbula uçub, əmimin əlini öpməkdir. Söhbət maddi tərəfdən yox, məni sevgiylə böyüdən insanın qarşısında əyilib, əlindən öpməkdən gedir” deyə, Azərtaş yazıb.
Əmisi isə ənənəyə uyğun olaraq, Laləyə xərclik verib. Onun aparıcıya 100 avro verməsi və Azərtaşın bunu paylaşması sosial mediada birmənalı qarşılanmayıb.
İzləyicilər “Söhbət maddi tərəfdən getmirsə, bəs niyə pulu verməyini nümayiş etdirirsiniz”, “Elədiyimizi göstərməsək, ürəyimiz partlayar” kimi rəylər yazaraq, onu tənqid ediblər.