Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabrikində yanğın baş verib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə gələn xilasetmə briqadaları 4 nəfərin meyitini çıxarıblar, 5 nəfər xəstəxanaya yerləşdirilib.

Ümumilikdə hadisə baş verən zaman içəridə 30 işçinin olduğu bildirilir. Onlardan bir neçəsi yanan binadan çıxa bilib.

Yanğın 4 mərtəbəli fabrik binasının anbarında başlayıb.
Hadisə yerində partlayış səsləri eşidilib. Alovun ətrafdakı bir neçə fabrik binasına keçməsinin qarşısını almaq üçün əraziyə çoxsayda yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisənin səbəbləri məlum deyil.