Turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Dubayda baş verib. Polisin məlumatına görə, 15 nəfər həlak olub, daha 5-i ağır yaralanıb.
Avtobusda 31 sərnişin olub. Turistlərin hansı ölkədən olduğu barədə hələlik məlumat yoxdur. TASS agentliyinin xəbərinə görə, avtobusda Omana aid dövlət nömrə nişanı var idi.