İsveçin Linçyopinq şəhərində güclü partlayış baş verib.

Unikal.org-un məlumatına görə, partlayış nəticəsində 19 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə yerli vaxtla səhər saat 9-da qeydə alınıb.

Partlayışın hansı səbəbdən baş verməsi və insidentlə bağlı başqa təfərrüatlar hələ açıqlanmayıb.

Hadisə yerində polis və xilsaedicilər işləyir.