Türkiyənin təhlükəsizliyi hər şeydən üstündür.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İğdır vilayətində Türkiyə-Ermənistan sərhədində yoxlamalar zamanı deyib.
Nazir bildirib ki, öz sərhədlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə Türkiyə hər şeyi etməyə hazırdır:
"Türkiyənin sərhədləri xalqın şərəfidir".
Hulusi Akar həmçinin İran və Naxçıvan Muxtar Respublikası ilə sərhəddəki hərbi hissələrə baş çəkib.