Bazar ertəsi Qazaxıstanda keçirilən prezident seçkilərində yerli vaxtla 18:00-a olan seçici iştirakı 72,9% təşkil edir.
Unikal.org xəbər verir ki, bunu brifinqdə respublikanın Mərkəzi Seçki Komissiyasının üzvü Baxıt Meldeşov deyib.
xxx
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
Unikal.org xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb, 20:00-dək davam edəcək.
Seçicilərin səs verməsi üçün ölkə ərazisində və kənarda 9968 seçki məntəqəsi fəaliyyət göstərir. 11 milyon 814 min 19 vətəndaşın səsvermə hüququna malik olduğu müəyyən edilib.
Prezident postu uğrunda Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayev daxil olmaqla yeddi namizəd mübarizə aparır.
Qeyd edək ki, Qazaxıstanda prezident beş il müddətinə seçilir. Namizədlər seçkilərdə qalib gəlmək üçün seçicilərin 50%-dən çoxunun səsini toplamalıdır. Əgər heç bir namizəd lazımi səsi toplamasa, ikinci tur keçiriləcək.