Nigeriyanın cənub-qərbində yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində ən az 18 nəfər ölüb.
Unikal.org-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə ötən gecə Ondo əyalətində baş verib.
Hadisə şahidinin dediyinə görə, yük maşınının sürücüsü idarəetməni itirərək qarşı istiqamətdən gələn sərnişin avtobusu ilə toqquşub: “Həmin an hər iki nəqliyyat vasitəsində yanğın baş verdi, avtobusdakı bütün sərnişinlər öldü”.
Yerli polisin yaydığı məlumatda bildirilir ki, yük maşınının sürücüsü hadisə yerindən qaçıb.