PKK və PYD terrorçuları Suriyanın Hələb şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi bazaya hücum edib.
Unikal.org xəbər verir ki, hücum zamanı 1 türk əsgəri şəhid olub, 4-ü yaralanıb.
Yaralı əsgərlər bölgədən təxliyə edilərək, Kilis dövlət xəstəxana yerləşdirilib.
Türkiyə Silahlı Qüvvələrinin sərhəddə və Suriyada yerləşən topçu bölmələri terrorçuların olduğu ərazini atəşə tutub.