Antalyada  bir kişi az yaşlı oğlunu və özünü meşədə asaraq intihar edib. 
Unikal.org
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları sövq edilib. 
Araşdırmalar zamanıl məlum olub ki, həmin şəxs həyat yoldaşıyla boşanma mərhələsində olan 33 yaşlı Ersin.B-dir. O 2 yaşlı oğlu Erden.B-
Hadisə Döşemealtı mahalının Düzlerçamı Milli Parkında baş verib. Bildiirlir ki, sakinlərin dincəlmək üçün gəldiyi ərazinin yanındakı meşəlik ərazidən ailəsiylə "adaçayı" toplamaq üçün çıxan Mesut Özalp ağaca iplə asılmış 1 kişi və 1 uşaq görüb. 

Özalp hadisəylə bağlı polis əməkdaşları və təcili yardıma zəng edərək məlumat verib. Polis və səhiyyə işçiləri hadisə yerinə təhkim olunsalar da ata və oğul artıq dünyasını dəyişmişdilər. 

Hər ikisinin cansız bədəni meşəlik ərazidən çıxarılıb və morqa aparılıb. 

Məlumata görə, Ersin B-nin həyat yoldaşı Deniz B. ilə boşanma ərəfəsində olduğu üçün məhkəmə tərəfindən uzaqlaşdırma qərarı alıb.