Hollandiyalı 28 yaşlı müəllim Mari Berqsama ilə bank işçisi 28 yaşlı Eva Frenaij velosipedləri ilədünyanı gəzirlər. 3 ay əvvəl ölkələrindən yola çıxan və bu ana qədər 7 ölkədən keçən rəfiqələr Türkiyənin Artvin bölgəsində istirahət etmək üçün dayanıblar.
Unikal.org xəbər verir ki, cütlük, Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Yunanıstan, Serbiya və Bolqarıstanı keçərək, Türkiyəyə çatıb.
Velosiped ilə minlərlə kilometr yol qət etdiklərini deyən Mari Bergsamasözlərinə belə davam edib: "Hollandiyadan yola çıxdıq. Üç ayda Türkiyəyə gəldik. Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstandan keçərək Çinə çatacağıq və səfərimizi orada tamamlayacağıq. Səfərimizi çox maraqlıdır. Biz yoruluruq, amma bu dəyir "dedi.